Rəqəmsal Marketinq üzrə Aparıcı Mütəxəssis at PASHA Insurance
, , -
Full Time


Start Date

Immediate

Expiry Date

26 Apr, 26

Salary

0.0

Posted On

26 Jan, 26

Experience

2 year(s) or above

Remote Job

Yes

Telecommute

Yes

Sponsor Visa

No

Skills

Digital Marketing, Social Media Marketing, Performance Marketing, Email Marketing, SEO, Content Creation, Analytical Thinking, Customer Journey, Team Collaboration, Communication Skills

Industry

Insurance

Description
“PAŞA Sığorta” ASC namizədləri Rəqəmsal Marketinq üzrə Aparıcı Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Biz ölkəmizin sığorta sektorunda ilk Insurtech təməlini qoyaraq rəqəmsal transformasiyaya start veririk. Bu yolda məqsədimiz gələcəyin sığortasını yenidən dizayn etmək, innovasiyanı və etibarı birləşdirərək sektorda yeni bir səhifə açmaqdır. Əgər sən də bu transformasiyanın bir parçası olmaq, innovasiyalara rəhbərlik etmək və gələcəyi bizimlə birlikdə qurmaq istəyirsənsə, Rəqəmsal Marketinq üzrə Aparıcı Mütəxəssis rolunda səni komandamızda görməkdən məmnun olarıq. Rəqəmsal Marketinq üzrə Aparıcı Mütəxəssis, məhsulların rəqəmsal marketinq fəaliyyətlərinin planlanması və icrasında fəal rol alaraq, müştəri səyahətinin bütün mərhələlərində (tanınma, qiymətləndirmə, alış və loyallıq) performansın artırılmasına töhfə verir. Bu rol məhsul komandaları ilə sıx əməkdaşlıq çərçivəsində bazar araşdırması aparır, marketinq strategiyalarının formalaşdırılmasına dəstək olur və kampaniyaların uğurla icrası üçün məzmun və rəqəmsal təşəbbüsləri həyata keçirir. Vəzifə öhdəlikləri Rəqəmsal marketinq ehtiyaclarını anlamaq məqsədilə məhsul və biznes komandaları ilə birgə işləmək və uyğun marketinq strategiyalarının hazırlanmasında iştirak etmək. Müştəri səyahətinin bütün mərhələləri üzrə (tanınmanı artırma, aktiv qiymətləndirmə və loyallıq) ən yüksək ROI təmin edən rəqəmsal marketinq təşəbbüsləri portfelini icra etmək və optimallaşdırmaq. Şirkətin mövcud rəqəmsal məhsullarının və rəsmi sosial media səhifələrinin idarə olunmasına nəzarət etmək. E-mail marketinq kampaniyalarının planlanması və icrasında iştirak etmək. Sosial Media və Performans Marketinqi Lidlərin yaradılması və satışın artırılmasına dəstək məqsədilə aşağıdakı kanallar üzrə fəaliyyətlərin təkmilləşdirilməsi: Orqanik və ödənişli sosial media E-mail marketinq PPC və displey şəbəkələri SEO və affiliate marketinq Rəqəmsal marketinq və müştəri səyahəti boyunca istifadə olunan vizual dizayn və kommunikasiya materiallarında ardıcıllığın (brend uyğunluğu) təmin edilməsinə dəstək olmaq. Marketinq Prosesləri və Koordinasiya Rəqəmsal marketinq materiallarının müəyyən edilmiş tələblərə uyğun hazırlanmasını təmin etmək üçün təchizatçılar və agentliklərlə koordinasiyalı şəkildə işləmək. Marketinq proseslərinin effektiv icrasına və daxili komandalararası əməkdaşlığa dəstək vermək. Digər Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək. Təhsil və ixtisas Marketinq, Biznesin İdarəedilməsi, Rəqəmsal Media, İqtisadiyyat və ya əlaqədar sahə üzrə ali təhsil. Bilik və bacarıqlar Rəqəmsal marketinq sahəsində minimum 3 il iş təcrübəsi. Sosial media marketinqi, performans marketinqi, e-mail marketinq və SEO üzrə praktiki biliklər. Rəqəmsal marketinq alətləri və platformaları ilə iş təcrübəsi. Müştəri səyahəti (customer journey) və marketinq huniləri barədə anlayış. Məzmun yaradılması və güclü yazılı kommunikasiya bacarıqları. Analitik düşüncə və nəticəyönümlü yanaşma. Komanda ilə effektiv işləmə bacarığı. Dil bilikləri Azerbaijani, English, Russian
Responsibilities
The Digital Marketing Specialist will actively participate in planning and executing digital marketing activities, contributing to performance improvement across all stages of the customer journey. This role involves conducting market research and supporting the formation of marketing strategies in collaboration with product teams.
Loading...